Paşinyan Rusiya ilə hərbi əməkdaşlıqdan danışdı: “İndi bu baş verə bilməz”
2024-02-02 13:23:40
“İrəvan artıq hərbi-texniki əməkdaşlığın inkişafı ilə bağlı sadəcə Rusiya ilə işləyə bilməz”.
Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın İctimai Radiosuna açıqlamasında respublikanın Baş naziri Nikol Paşinyan deyib.
O, izah edib ki, ölkə öz silahlı qüvvələrinin inkişaf konsepsiyasına yenidən baxmalıdır. Burada Ermənistanın müdafiə sektorunda kiminlə və necə əməkdaşlıq etməli olduğu göstərilməlidir.
Paşinyan qeyd edib ki, əvvəllər belə bir sual yaranmırdı, çünki əvvəllər Ermənistanın hərbi əməkdaşlığı 95-97 faiz Moskva ilə bağlı idi.
“İndi bu, obyektiv və subyektiv səbəblərə görə baş verə bilməz”, - deyə baş nazir bildirib.
yeniavaz.com