📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan: “Rusiya Ukraynada məğlub olsa, halımız necə olacaq?”

2023-05-13 14:17:00

Paşinyan: “Rusiya Ukraynada məğlub olsa, halımız necə olacaq?”

“Onda müstəqilliyimizi itirərik”

Hurriyyet.az xəbər verir ki, Mayın 11-də Ermənistanın Baş naziri və “Vətəndaş müqaviləsi” partiyasının rəhbəri Nikol Paşinyan partiyanın təşəbbüs qrupunun iclasını keçirib.

“Hraparak” nəşrinin yazdığına görə, iclasın gündəmində Ermənistanın xarici siyasət prosesləri və təhlükəsizlik məsələləri olub.

Moskva səfərindən yenicə qayıdan Paşinyan iclasdakı çıxışı zamanı deyib ki, Rusiya Ukraynada uğursuzluğa düçar olub məğlubiyyətə uğrasa, Ermənistanın başına nə gələ biləcəyini təsəvvür etmək belə istəmir.

Paşinyan deyib: “Ermənistan yüz il əvvəlki hadisələrin təkrarı və müstəqilliyinin itirilməsi ilə üzləşəcək. Ermənistan təkbaşına Türkiyə-Azərbaycan tandemi qarşısında müqavimət göstərə bilməz”.

İclasda Paşinyan İrəvanda Azərbaycan və Türkiyə siyasətçilərini qətlə yetirən terrorçulara qoyulan “Nemezis” abidəndən də danışıb. Paçinyan deyib: “Hökumətin Türkiyə ilə barışıq siyasəti aparmağa çalışdığı bir vaxtda belə bir abidənin qoyulması yersiz idi. Abidənin qoyulmasından xəbərim olmayıb, bu məsələ mənimlə müzakirə edilməyib”.

Paşinyan bu abidənin sökülüb-sökülməyəcəyi sualından yayınıb.

Hürr Tərcüman