📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan rusiyalı həmkarı ilə danışıb

2022-08-17 19:25:00

Paşinyan rusiyalı həmkarı ilə danışıb

Hurriyyet.az xəbər verir ki, Rusiya hökumətinin başçısı Mixail Mişustin Ermənistanın Baş naziri Nikol Paşinyan ilə telefonla danışıb. Bu barədə məlumat RF Nazirlər Kabinetinin saytında yerləşdirilib.

Açıqlamada deyilir: “Hökumət başçıları ticari-iqtisadi sahədə Rusiya-Ermənistan əməkdaşlığının əsas məsələlərini və müxtəlif sahələrdə birgə layihələrin reallaşdırılması məsələrini müzakirə ediblər”.

Mişustin ilə Paşinyan Avrasiya İqtisadi ittifaqında əlaqələrin genişləndirilməsinin prioritet məsələlərindən, həmçinin Avrasiya Hökumətlərarası Şurasının 25-26 avqust tarixlərində Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək iclasına hazırlıq məsələsindən danışıblar.

Hürr Tərcüman