📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan rusiyalı hərbçilərin aeroportdan çıxmasını tələb edir

2024-03-12 13:26:05

Paşinyan rusiyalı hərbçilərin aeroportdan çıxmasını tələb edir

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan "Zvartnots" aeroportundakı Rusiya hərbçiləri ilə əlaqədar rəsmi İrəvanın Moskvaya müraciət etdiyini xəbər verib.
Paşinyan bu gün keçirilən mətbuat konfransında deyib: "Ermənistanın sərhəd qoşunları Rusiya Federasiyasının sərhəd qoşunlarına məktubla müraciət edərək "Zvartnots" aeroportunda xidmətlərinə və təhlükəsizliyi təmin elədiklərinə görə təşəkkürlərini bildiriblər. Məktubda bildirilib ki, həm də rusiyalı həmkarların dəstəyi ilə ölkəmizdə dövlət institutları inkişaf etdiyi üçün sərhəd xidmətimiz aeroportda artıq rusiyalı sərhədçilər olmadan fəaliyyət göstərmək üçün yetərincə təcrübə və biliyə sahib olub. Rusiya tərəfinə göndərilmiş məktubun məzmunu belədir".
Hürr Tərcüman