📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Rusiyaya gedəcək

2022-04-09 14:57:00

Paşinyan Rusiyaya gedəcək

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistanın Nazirlər Kabinetinin mətbuat xidməti Baş nazir Nikol Paşinyanın aprelin 19-da Moskvaya səfər edəcəyini bildirib. Açıqlamada bu gün N.Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışdığı qeyd edilib. Məlumatda deyilir: “Ermənistanın Baş naziri ilə RF Prezidenti iki ölkə arasındakı iqtisadi əməkdaşlıq məsələlərinə toxunublar və Nikol Paşinyanın aprelin 19-da Rusiyaya rəsmi səfəri zamanı bu məsələlərin ətraflı müzakirə edilməsi barəsində razılığa gəliblər”.  

Hürr Tərcüman