📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan sabah İrana gedir

2022-10-31 16:35:00

Paşinyan sabah İrana gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 1-i İranın paytaxtı Tehrana rəsmi səfər edəcək.

Hurriyyet.az xəbər verir ki, səfər İran Prezidenti İbrahim Rəisinin dəvəti əsasında baş tutacaq.

Məlumata görə, səfər çərçivəsində Paşinyan və Rəisi arasında danışıqlardan sonra yüksəkvəzifəli nümayəndələr heyətləri ilə birgə görüş keçiriləcək. Bununla yanaşı, İran və Ermənistan arasında əməkdaşlığa dair sənədlərin imzalanacağı gözlənilir. (qafqazinfo)