Paşinyan Şarl Mişellə görüşdü
2023-02-17 09:58:00
Münxendə işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə qeyri-rəsmi görüş keçirib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Paşinyan özü Facebook səhifəsində danışıb, həmçinin video yayıb.
Görüş zamanı həmsöhbətlər regional təhlükəsizlik və sabitlik, eləcə də Ermənistan-Aİ əməkdaşlığı məsələlərinə toxunublar.
Xatırladaq ki, Nikol Paşinyan Münxen Təhlükəsizlik Konfransında iştirak edəcək. (yenisabah)