Paşinyan Səmərqənddə səfərdə olan Putinə gecəyarısı zəng etdi
2022-09-16 12:54:00
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dünən gecə Rusiya Prezidenti Vladimir Putinə zəng edib. Bəlli olduğu kimi, Putin hazırda Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq təşkilatının sammitində iştirak edir. Bu barədə məlumatı Rusiya liderinin mətbuat katibi Dmitri Peskov verib. Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti və İrəvanın KTMT-yə müraciətini müzakirə ediblər.
Paşinyan deyib ki, sərhəddəki nisbi sakitliyə baxmayaraq, vəziyyət gərgin olaraq qalır.
KTMT-nin Birləşmiş Qərargahının Operativ qrupu monitorinq missiyası ilə cümə axşamı günü axşam saatlarında Ermənistan-Azərbaycan sərhədinə gedib.
Hürr Tərcüman