📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan sərhəd dirəyinin maketini onlara göstərdi - Video

2024-08-15 09:45:36

Paşinyan sərhəd dirəyinin maketini onlara göstərdi - Video

Ermənistanın Baş naziri Nikol Paşinyan öz kabinetində orta məktəb şagirdlərini qəbul edib.

Hurriyyet.az xəbər verir ki, Paşinyan şagirdlərə Azərbaycanla sərhəddə yerləşdirilmiş ilk sərhəd dirəyinin maketini göstərib.

O, həmçinin Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası barədə danışıb.

“Sərhəd dövlətin mühüm simvoludur. Bu il Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası Tavuş vilayətində aparılıb”, - Paşinyan deyib.

publika.az