📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Paşinyan sülh danışıqlarında muxtariyyət məsələsini masaya gətirə bilər" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-10-19 11:09:22

"Əgər Ermənistan belə bir avantürist şərtlə çıxış edəcəksə, sülh danışıqları müsbət nəticələnməyəcək"

"Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin bağlanması istiqamətində aparılacaq danışıqlarda, Qarabağa ermənilərin qayıtması fonunda muxtariyyət məsələsini masaya gətirə bilər". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Milli Cəbhə Partiyasının sədr müavini iddia edir ki, Ermənistan tərəfi Samvel Babayanı bu istiqamətdə təlimatlandırıb: "Burada məqsəd Azərbaycana təzyiq etmək etmək və güzəştlər əldə etməkdir. Ermənistan rəhbərliyi hələ də fərqində deyil ki, 30 il ərzində işğal olunmuş ərazilərdə ordu və qondarma qrum qurmasına baxmayaraq, 44 gün və 23 saat ərzində Azərbaycan onları tam məhv etdi. Əgər Ermənistan belə bir avantürist şərtlə çıxış edəcəksə, sülh danışıqları müsbət nəticələnməyəcək".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az