"Paşinyan sülh sazişini Moskvada deyil, Brüsseldə imzalamağa hazır olduğunu büruzə verib" - ELXAN ŞAHİNOĞLU
"Əgər o, son anda yeni şərtlər irəli sürməsə və Fransanın pozuculuğu qarşısında baş əyməsə, sülh sazişinin qısa müddətdə imzalanması mümkündür"
"Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı deyib ki, ilin sonuna qədər Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması yüksək dərəcədə realdır. Oxşar açıqlamanı daha əvvəl Azərbaycan prezidenti İlham Əliyev səsləndirmişdi. Hər ikisi "ilin sonuna qədər" ifadəsini işlədib. "İqtidarda olan partiya olaraq bizim siyasi iradəmiz var" deyən Paşinyan sülh sazişinin imzalanması məsələsində Avropa İttifaqından dəstək istəyib". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloqun sözlərinə görə, anlaşılan odur ki, Qarabağ yükündən qurtulan Nikol Paşinyan sülh sazişi üzrə danışıqları yekunlaşdırmağa və sülh sazişini Moskvada deyil, Brüsseldə imzalamağa hazır olduğunu büruzə verib: "Nikol Paşinyan son anda yeni şərtlər irəli sürməsə və Fransanın pozuculuğu qarşısında baş əyməsə, sülh sazişinin qısa müddətdə imzalanması mümkündür".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az