📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan sülh sazişinin bu tarixə qədər imzalanacağını düşünür

2026-10-15 13:04:32

Paşinyan sülh sazişinin bu tarixə qədər imzalanacağını düşünür

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişini 2031-ci ilə qədər imzalamağa və ratifikasiya etməyə ümid edir.

Hurriyyet.net  “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o bu barədə hökumətin iclasında danışıb. 

Onun sözlərinə görə, Azərbaycanla sülh sazişinin imzalanması hökumətin və şəxsən Paşinyanın özü üçün ən vacib məsələlərdən biridir:

“Mən şəxsən qarşımda tapşırıq, konkret qrafik qoymuşam. Bu, 2031-ci ilə qədər həmin məsələnin həllinə nail olmaqdır”.

Paşinyan vurğulayıb ki, belə bir imkanın mümkün olduğunu görür, əks halda bu mövzunu qaldırmazdı.