📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan TBMM-nin erməni deputatı ilə görüşdü

2022-10-29 16:35:00

Paşinyan TBMM-nin erməni deputatı ilə görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Böyük Millət Məclisinin (TBMM) erməniəsilli deputatı Karo Paylanla görüşüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Görüşdə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi müzakirə edilib.

Tərəflər həmçinin Türkiyədəki erməni icmasının vəziyyəti və onun fəaliyyəti barədə də fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, deputat bundan əvvəl Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla da müzakirələr aparıb.