📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Təhlükəsizlik Şurasının üçüncü iclasını çağırdı

2026-03-05 18:31:57

Paşinyan Təhlükəsizlik Şurasının üçüncü iclasını çağırdı

Ermənistanın Baş naziri Nikol Paşinyan bir həftə ərzində Təhlükəsizlik Şurasının üçüncü iclasını çağırıb. 

"Unikal" xəbər verir ki, iclasda Ermənistan prezidenti Vaaqn Xaçaturyan, Parlamentin sədri Alen Simonyan və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Gündəliyə regiondakı vəziyyətlə bağlı təhlükəsizlik məsələləri və nəqliyyat kommunikasiyalarının normal fəaliyyətinin təmin edilməsi daxil olunub.