Paşinyan tərəddüd içərisindədir
2023-11-29 13:54:29
Hurriyyet.az xəbər verir ki, “İnfoport” portalının məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan hələ Rusiyaya səfərə gedib-getməyəcəyini qərarlaşdırmayıb.
Bəlli olduğu kimi, dekabr ayında Avrasiya İqtisadi İttifaqının sessiyası və MDB liderlərinin qeyri-formal görüşünün keçirilməsi planlaşdırılıb.
Ermənistan hökumətindən sayta verilən məlumata görə, Paşinyan hələ həmin tədbirlərdə iştirak eləmək barədə qərar verməyib.
Hürr Tərcüman