"Paşinyan təxribatlara birbaşa cavabdehdir" - ZAUR MƏMMƏDOV
"Hazırda ABŞ-da XİN başçıları arasında görüşlərin davam etdiyi bir vaxtda bundan əvvəl dəfələrlə olduğu kimi, bu dəfəki təxribatların da əsl niyyəti dialoqa zərər gətirməkdir"
"Ermənistanın baş naziri Nikol Paşinyan təxribatlara birbaşa cavabdehdir. Azərbaycan ordusunun üzvünün dünən Qarabağ istiqamətində yaralanmasından sonra igidlərimiz 4 erməni terrorçusunu məhv etmişlər. Maraqlıdır ki, separatçıların xidmətində həlak olanlardan ikisi Ermənistanda doğulmuş şəxslərdir". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.

Bakı Politoloqlar Klubunun rəhbərinin fikrincə, mövcud hal Paşinyanın ordusunun Qarabağdan çıxarıldığını deməsinin yalan olduğunu bir daha təsdiqləyir: "Hazırda ABŞ-da XİN başçıları arasında görüşlərin davam etdiyi bir vaxtda bundan əvvəl dəfələrlə olduğu kimi, bu dəfəki təxribatların da əsl niyyəti dialoqa zərər gətirməkdir. Bunu sübut edən daha bir fakt separatçıların Ararat Mirzoyana müraciət edərək ondan Vaşinqtonu dərhal tərk etməsini tələb etmələridir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az