Paşinyan: “Tezliklə sülh müqaviləsi imzalamaq istəyirik”
2023-06-22 16:12:00
Hurriyyet.az “Yerevan Today” nəşrinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla Ermənistanın XİN rəhbərlərinin – Ceyhun Bayramovla Ararat Mirzoyanın gələn həftə Vaşinqtonda danışıqlar aparacaqlarını söyləyib.
Paşinyan hökumətin iclasında deyib: “Erməni nümayəndə heyəti bu görüşə tezliklə sülh müqaviləsi imzalamaq ovqatı ilə yola düşəcək.
İrəvan həmçinin, delimitasiya üzrə komissiyanın iclasının keçirilməsini də təklif edib və artıq bu məsələdə razılaşma əldə edilib. Ermənistan həm də suverenlik, qarşılıqlıq və bərabərlik prinsipləri əsasında regionda kommunikasiyaların və iqtisadi əlaqələrin tez bir zamanda açılmasına hazırdır”.
Hürr Tərcüman