📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan: “Türkiyə, Azərbaycan və Ermənistanın bir-birinə çox ehtiyacı var”

2022-12-12 15:34:00

Paşinyan: “Türkiyə, Azərbaycan və Ermənistanın bir-birinə çox ehtiyacı var”

“Bölgədəki düşmənçilik idarə olunmalıdır və bu, nifrət nitqinin idarə olunmasından başlamalıdır”.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən Qlobal Forumda deyib.

O vurğulayıb ki, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətləri çox önəmlidir.

“Bu yaxınlarda Türkiyədə səsləndirilən bəyanatla razılaşmaq istəyirəm. İdeya ondan ibarət idi ki, bütün region dövlətləri, o cümlədən Türkiyə, Azərbaycan və Ermənistan təhlükəsizliyin, suverenliyin və müstəqilliyin təmin edilməsi baxımından bir-birinə çox lazımdır. Bu, çox mühüm formuladır”, - Nikol Paşinyan bildirib. 

bizim.media