Paşinyan: “Türkiyə nümayəndəsi ilə razılaşmalar mümkün qədər tez reallaşdırılmalıdır”
2022-07-07 12:11:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələrinin razılaşmalarının maksimal dərəcə tez reallaşdırılması göstərişi verib. Bu barədə məlumatı “Sputnik Ermənistan” agentliyi yayıb. Paşinyan bu açıqlamanı hökumətin iclasında verib.
Siyasətçinin sözlərinə görə, müvafiq idarələr bütün məsələləri öz türk həmkarları ilə razılaşdırmalıdırlar – razılaşmaların həyata keçirilməsi bundan asılıdır.
Xatırladaq ki, Vyana görüşü zamanı xüsusi nümayəndələr üçüncü ölkələrin vətəndaşlarının gediş-gəlişi üçün sərhədləri açmaq və birbaşa hava yükdaşımalarına imkan yaratmaq məsələlərində razılaşıblar.
Hürr Tərcüman