📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Türkiyədəki zəlzələdən yazdı: “Yardım göstərməyə hazırıq”

2023-02-06 13:27:00

Paşinyan Türkiyədəki zəlzələdən yazdı: “Yardım göstərməyə hazırıq”

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan “Tvitter” səhifəsindəki paylaşmasında zəlzələdən zərər çəkmiş Türkiyəyə basağlığı verib və ölkəsinin yardım göndərməyə hazır olduğunu bildirib.

Paşinyan yazıb: “Türkiyə və Suriyada baş verən və çox sayda insanın tələfatı ilə nəticələnən dağıdıcı zəlzələ xəbəri bizi kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq. Ermənistan yardım göstərməyə hazırdır”.

Hürr Tərcüman

pashik