Paşinyan Türkiyəyə gedəcək - COP31 üçün
2026-11-05 14:47:30
Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyədə keçiriləcək COP31 iqlim sammitində iştirak etmək niyyətindədir.
Hurriyyet.net xəbər verir ki, bu barədə o, hökumətin iclasından sonra brifinqdə danışıb.
“COP-da iştirak etmək üçün Antalyaya yollanmaq planlarım var”, - o bildirib.
Qeyd edək ki, COP31 iqlim sammiti noyabrın 9-dan 20-nə qədər Türkiyənin Antalya şəhərində keçiriləcək. Tədbir çərçivəsində liderlər sammiti isə noyabrın 11-12-də təşkil ediləcək.