📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan “Tvitter”də Azərbaycan Prezidentini işarələdi

2021-12-15 18:58:00

Paşinyan “Tvitter”də Azərbaycan Prezidentini işarələdi

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan “Tvitter”dəki səhifəsində Zəngəzur dəhlizi barəsində açıqlama verərkən Azərbaycan Prezidenti  İlham  Əliyevi işarələyib. Xəbəri erməni mətbuatı yayıb.

Bəlli olduğu kimi, dünən Brüssel şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan ilə nahar əsnasında birgə görüşü keçirilib. Görüşdə Zəngəzur dəhlizi ilə bağlı razılaşma əldə edilib.

Paşinyan “Tvitter”dəki səhifəsində yazıb: “@CharlesMichel və @Azpresident ilə üçtərəfli görüşdə qəbul etdiyimiz sərhəd və gömrük qaydaları əsasında və ölkələrin qarşılıqlı suverenliyi və hakimiyyəti prinsiplərinə uyğun olaraq, dəmir yolunun bərpa edilməsi barəsində razılaşmanı təsdiqlədik. Ermənistanın İran və Rusiyaya çıxışı olacaq”.

Hürr Tərcüman