"Paşinyan üçmədzindəkilər haqda nə deyibsə, düz deyib, amma dedikləri yarımçıqdır" - SAHİB ALIYEV
"Qriqorian kilsəsi əsrlər boyu təkcə “böyük təsir agenti” olaraq fəaliyyət göstərməyib, həm də terror yuvası olub"
"Ermənistanın baş naziri Nikol Paşinyan üçmədzindəkilər haqda nə deyibsə, düz deyib, amma dedikləri yarımçıqdır. Qriqorian kilsəsi əsrlər boyu təkcə “böyük təsir agenti” olaraq fəaliyyət göstərməyib, həm də terror yuvası olub". Hurriyyet.az-ın məlumatına görə, bunu millət vəkili Sahib Alıyev qeyd edib.
Millət vəkilinin sözlərinə görə, bunu ötən günlərdə qonşu ölkələrdən birinin bizim region üzrə ən tanınmış mütəxəssisinin sosial şəbəkədə yazdıqları da təsdiqləyir: "O, dövlətini hərəkətə keçərək keşiş Baqrata dəstək verməyə səsləyir və qeyd edirdi ki, Güney Qafqaz üzərində iki təsir qüvvələri varsa, biri özlərinin yaratdığı və müəyyən səbəblərdən indi adını yazmadığım terror qruplaşması, digəri də hay kilsəsidir. Yəni, hay kilsəsi Paşinyanın eyhamından da göründüyü kimi Ermənistanı öz forpostu sayanların “təsir agenti” rolunu oynamqla yanaşı, dinləri fərqli olsa da, oradakıları “məsləkdaş” gözündə görənlər də var".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az