📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan üçtərəfli bəyanat haqqında DANIŞDI

2021-09-25 09:21:00

Paşinyan üçtərəfli bəyanat haqqında DANIŞDI

“Ermənistan regionda dayanaqlı və uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq konstruktiv dialoqa hazırdır”.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT-də çıxışı zamanı deyib.

“Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin 10 noyabr 2020 -ci ildə imzaladığı üçtərəfli bəyanatın 9 -cu bəndində və 11 yanvar 2021 -ci il tarixli bəyanatda göstərildiyi kimi regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm. Nəticədə bölgə ölkələri nəqliyyat arteriyaları ilə bir -birinə bağlanacaq. Sülh şəraitində inkişafın vacib şərtlərindən biri olan iqtisadi əlaqələrin qurulması üçün fürsət yaradılacaq”-Paşinyan bildirib.