📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan və Makron Tiranada görüşdülər

2025-05-16 22:39:36

Paşinyan və Makron Tiranada görüşdülər

Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron Albaniyanın paytaxtı Tiranada görüşüb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Paşinyan sosial şəbəkədəki hesabında yazıb.

“Fransa prezidenti Emmanuel Makronla məhsuldar görüş”, – Ermənistanın baş naziri qeyd edib.

Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib ki, tərəflər regional və beynəlxalq prosesləri müzakirə ediblər, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini qeyd ediblər.

Fransa prezidenti Parisin sülh prosesinə sarsılmaz dəstəyini bir daha vurğulayaraq qeyd edib ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik bütövlükdə regional əməkdaşlıq üçün həyati əhəmiyyət kəsb edir.