Paşinyan xəritə məsələsindən danışıb
2023-07-20 12:24:00
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasındakı çıxışı zamanı iyulun 15-də Brüsseldə Azərbaycanda Prezidenti İlham Əliyevlə görüşü zamanı iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınmasının təsdiqləndiyini bəyan edib. Paşinyanın iddiasına görə, Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası 1991-ci il Alma-Ata deklarasiyası əsasında gerçəkləşdirilməlidir. Paşinyan deyib: "Yaxın zamanda delimitasiya işlərinin kartoqrafik əsasını konkretləşdirməliyik".