"Paşinyan yalançı və yaramazdır" — Rusiya Dövlət Dumasının deputatı
Hurriyyet.az xəbər verir ki, erməni lobbiçisi, RF Dövlət Dumasının MDB Məsələləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqə Komitəsi sədrinin birinci müavini Konstantin Zatullin "Qazeta.ru" saytına müsaibəsində Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəsinin Azərbaycanla müharibədə məğlubiyyətinin bütün məsuliyyətini Rusiyanın üzərinə atmağa çalışdığını söyləyib.
O, bu açıqlamanı Paşinyanın KTMT üzvləri olan iki ölkənin 2020-ci ildə Bakını dəstəkləməsi ittihamlarının cavabında verib.
Zatulin deyib: "Mənim mövqeyim çoxdan bəllidir. Paşinyan — yalançı və yaramazdır, sələflərinin və bütün erməni xalqının uzun müddət uğrunda mübarizə apardıqları hər şeyi uduzaraq və puç edəndən sonra, erməni xalqının qəzəbini Rusiyanın üzərinə yönəltməyə çalışır".
Zatulin Paşinyanın KTMT-nin məhz hansı 2 ölkəsini nəzərdə tutduğunu da aydınlaşdırıb: "Rusiya ilə Belarus ola bilər. Məncə, bunu bilmək çətin deyil".
Hürr Tərcüman