"Paşinyan yenə iki od arasında qalaraq sənədə imza atmaqdan boyun qaçırır" - ZAUR MƏMMƏDOV
"Belə bir nəticəyə gəlirəm ki, əgər Azərbaycanın tələbinə məhəl qoymayan və danışıqları pozan separatçılaa qarşı kiçik bir əməliyyat keçirilsə, heç kim rəsmi Bakını günahlandırmayacaq"
"Kişinyovda görüş ərəfəsində sızan məlumatlara görə, Nikol Paşinyan yenə iki od arasında qalaraq sənədə imza atmaqdan boyun qaçırır və hətta, dəmiryolu ilə bağlı da Rusiya ilə bazarlığa başlayıb". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov bildirib.
Bakı Politoloqlar Klubunun rəhbəri hesab edir ki, bizim üçün müsbət məqam separatçılarla bağlı Blinken və Şarl Mişelin Azərbaycan prezidentinin fikirlərini dəstəkləmələridir: "Separatçılar bütün qurumlarını ləğv etməlidirlər. Belə bir nəticəyə gəlirəm ki, əgər Azərbaycanın tələbinə məhəl qoymayan və danışıqları pozan separatçılaa qarşı kiçik bir əməliyyat keçirilsə, heç kim rəsmi Bakını günahlandırmayacaq. Paşinyan da baş verəcəklərdən məlumatlıdır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az