Paşinyan yenə Yerablura getmədi
2023-09-27 13:49:08
Bu gün, sentyabrın 27-də, 44 günlük müharibənin başlanmasının 3-cü ildönümündə Ermənistan hökumətinin nümayəndələri hələ də Yerablur məzarlığına (Ermənistanda müharibədə ölənləri əsasən burada basdırırlar - red.) baş çəkməyiblər.
Hurriyyet.az erməni mediasına istinadən xəbər verir ki, memorialı ABŞ səfiri Kristina Kuinn və çoxsaylı vətəndaşlar ziyarət ediblər.
Erməni mətbuatı Nikol Paşinyanın Ermənistanın Müstəqillik Günü - 21 sentyabrda da Yerabluru ziyarət etmədiyini xatırladıb.
Musavat.com