Paşinyan yeni müxalifət axtarır - “Onlar məhv edilib”
2026-10-26 16:26:38
Yerli idarəetmə orqanlarına seçkilərdən də göründüyü kimi, üçbaşlı müharibə partiyası məhv edilib.
Hurriyyet.net xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan öz “Facebook” səhifəsindəki canlı yayımda deyib.
O qeyd edib ki, Ermənistanda "kənardan idarə olunan casus müxalifətinin kökü kəsilməlidir”.
"Ermənistanda yeni, dövlət yönümlü müxalifət formalaşmalıdır, lakin onu hökumət formalaşdırmamalıdır", -Paşinyan əlavə edib.
Onun dediyinə görə, yeni müxalifətin formalaşması məsələsini müzakirə etmək üçün ictimai dinləmələr keçirilməlidir.