📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan yenidən baş nazir oldu

2021-08-02 13:38:00

Paşinyan yenidən baş nazir oldu

Baş nazir əvəzi Nikol Paşinyan Ermənistanın Baş naziri təyin olunub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sərkisyan Fərman imzalayıb.

Qeyd edək ki, Paşinyanın Baş nazir vəzifəsinə namizədliyi parlament çoxluğu - “Vətəndaş müqaviləsi” fraksiyası tərəfindən irəli sürülüb.

Ermənistan Konstitusiyasına əsasən, ölkə Prezidenti yeni seçilmiş Milli Məclis səlahiyyətlərinin icrasına başlayandan sonra parlament çoxluğu tərəfindən namizədliyi irəli sürülmüş şəxsi Baş nazir vəzifəsinə təsdiqləyir.

Yeni seçilmiş Ermənistan parlamentinin bu gün ilk iclası keçirilir.