Paşinyan: “Yerablurda nələr baş verə biləcəyini deyə bilmərəm”
“Qarşısında baş əysəm də, qanun qarşısında cavab verməlidir”
Hürriyyet.az “Yerevan Today” nəşrinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyan jurnalistlərin niyə onun ölmüş erməni əsgərlərinin valideynlərinə yaxınlaşıb onların maşınlarına oturmaq qərarına gəldikləri barəsində suala cavab verərkən deyib: “Mən həlak olanların valideynlərinə yaxınlaşmadım, onlar mənə yaxınlaşdılar”.
A.Paşinyan bu açıqlamanı məhkəmə binasının yaxınlığında verib. O deyib: “O gün Yerablurda nələr baş verə biləcəini deyə bilmərəm. Mən əlbəttə ki, övladlarını itirmiş bütün valideynlərin qarşısında baş əyirəm. Lakin qanun qarşısında hamı bərabərdir”.
Paşinyanın oğlu onun oğurluğu ilə bağlı insidentin hüquqi qiymət almalı olduğunu söyləyib.
Bu gün İrəvanda məhkəmənin Aşot Paşinyanın oğurlanmasına cəhd ittihamı ilə bağlı qapalı iclası keçirilir.
Məhkəmənin 5 iyun tarixli açıq iclasında ölmüş erməni əsgərinin valideyni Qayane Akopyan barəsində təkrar həbs qərarı verilmişdi.
Hürr Tərcüman