📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Zaxarovaya acı cavab verdi

2023-05-24 19:11:00

Paşinyan Zaxarovaya acı cavab verdi

“Sən kimsən ki?” üslubunda açıqlama

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı RF XİN rəsmi təmsilçisi Mariya Zaxarovanın Moskvadakı bugünkü brifinqdə səsləndirdiyi açıqlamalarına cavab verərkən deyib: “Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi mənim həmsöhbətim ola bilməz. Mənim həmsöhbətlərim Rusiya Prezidenti və Baş naziri ola bilər. Hörmətli və dost Rusiyanın XİN təmsilçisi mənim sözlərimə şərh verə bilməz. Onları yalnız nəzərə ala bilər”.

RF XİN-in rəsmi təmsilçisi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın KTMT-dən çıxış ilə bağlı açıqlamasından danışarkan, İrəvana sözlərlə manipuliyasiya etməyin təhlükəli olduğu ismarıcını göndərib.

Nikol Paşinyan mayın 23-də keçirdiyi mətbuat konfransında demişdi: “Ermənistan KTMT-dən çıxmaq barəsində de-yure qərarı KTMT-nin Ermənistandan çıxdığını qeydə alması nəticəsində verəcək”.

Zaxarova isə buna şərh verərək deyib: “Əgər bu, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması mövqeyinin lobbiçiliyi üçün bir nitq formasıdırsa, mənim fikrimcə, hər halda sözlərlə manipulyasiya etməyin təhlükəsini tam başa düşmək lazımdır. KTMT Ermənistandan necə çıxa bilər? Nədən söhbət getdiyi anlaşılmır. Nikol Paşinyanın bu sözlərlə nə demək istədiyi Rusiyada tam başa düşülmür”.

Hürr Tərcüman