📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyandan Gorus-Qafan yolunun bağlanması ilə bağlı AÇIQLAMA – “Razılaşmalara ziddir”

2021-08-26 12:29:00

Paşinyandan Gorus-Qafan yolunun bağlanması ilə bağlı AÇIQLAMA – “Razılaşmalara ziddir”

Xəbər verdiyimiz kimi, Ermənistanın Milli Təhlükəsizlik Xidməti Azərbaycan hərbçilərinin Gorus-Qafan yolunu bağlaması ilə bağlı məlumat yayıb.

HURRİYYET.az xəbər verir ki, məhz bu məlumat Ermənistanı bir-birinə vurub və hazırda rəsmi İrəvan bütün vasitələrdən istifadə edərək Azərbaycan hərbçilərinin yolu açmasına çalışır.

Hətta Ermənistanın baş naziri Nikol Paşinyan da məsələyə münasibət bildirib. O, Gorus-Qafan yolunun Azərbaycan  hərbçiləri tərəfindən bağlanmasının Ermənistan-Rusiya arasındakı razılaşmalara zidd olduğunu deyib.