📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyandan Moskvanı qıcıqlandıracaq açıqlama – “Rusiya sərhədçiləri burada əbədi qalmamalıdır..”

2023-05-22 15:15:00

Paşinyandan Moskvanı qıcıqlandıracaq açıqlama – “Rusiya sərhədçiləri burada əbədi qalmamalıdır..”

“Biz Rusiya sərhədçilərinin sərhədlərimizdə yerləşdirilməsinə razılaşmışıq, lakin bu o demək deyil ki, bu yerləşmə əbədi olmalıdır”.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında deyib.

O əlavə edib ki, Rusiya sərhəd qoşunlarının bütün hərəkətləri Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə razılaşdırılmalıdır.

Jurnalistlərin rus sərhədçilərinin Meqri yaxınlığında genişmiqyaslı işlər aparması ilə bağlı suallarını cavablandıran Ermənistanın Baş naziri bu hərəkətləri yoxlamaq planlarını da açıqlayıb.

“Əgər bu hərəkətlər razılaşdırılmış çərçivədən kənarda olarsa və Ermənistanın ərazi bütövlüyü və suverenliyi baxımından təhlükəli olarsa, biz bu məsələni müzakirə edəcəyik. Yerli hakimiyyət orqanları və hökumətlə razılaşdırılmalıdır. Vəziyyətdən çıxış edərək, biz bütün məsələləri rusiyalı həmkarlarımızla ətraflı müzakirə edəcəyik”, - Paşinyan vurğulayıb.

O əlavə edib ki, Rusiyanın Ermənistana münasibətinin düşmənçilik səviyyəsində olması fikrini bölüşmür.

“Biz əlaqələri inkişaf etdirmək və dərinləşdirmək üçün hər şeyi etməliyik”, - deyə hökumət başçısı fikrini yekunlaşdırıb.

Azpolitika.info