📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyandan Naxçıvan açıqlaması: Azərbaycana təkliflər vermişik

2025-05-26 13:16:00

Paşinyandan Naxçıvan açıqlaması: Azərbaycana təkliflər vermişik

Ermənistan kommunikasiyaların açılması ilə bağlı Azərbaycana konkret təkliflər verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan beynəlxalq “İrəvan Dialoqu” Forumunda çıxışı zamanı bildirib.

“Müzakirələr davam edir və Azərbaycanın qərb rayonlarından Naxçıvana daşımaların təşkili (yolların açılması) ilə bağlı Azərbaycana konkret təkliflər verilib”, - baş nazir deyib.

Nikol Paşinyan əlavə edib ki, Azərbaycan və Türkiyə ilə yollar açılanda Şimalla Cənub, Qərblə Şərqi birləşdirməyə yeni imkan yaradacaq.

teleqraf.az