Paşinyandan Qarabağdan gedən ermənilərə “müjdə” – Hərəyə 100 min dram...
2023-09-29 10:51:15
Ermənistan hökuməti Qarabağı tərk edən ermənilərə birdəfəlik yardım etməyə hazırlaşır.
Hurriyyet.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bununla bağlı Baş nazir Nikol Paşinyan özünün “feysbuk” səhifəsində paylaşım edib.
Paşinyan bildirib ki, Ermənistana təşrif buyuran “bacı və qardaşlara” yaşından asılı olmayaraq, adambaşına 100 min dram birdəfəlik yardım ediləcək. Bu, təcili ehtiyacları qarşılamaq üçün nəzərdə tutulan vəsaitdir.
Qeyd edək ki, 100 min dram təqribən 250 ABŞ dolları edir. Bu bəyanatın hələ ki, Xankəndidə qalan ermənilərə necə təsir edəcəyi bilinmir...
“AzPolitika.info”