Paşinyandan Tehrana gözlənilməz XƏBƏRDARLIQ: "Sanksiya təhlükəsi yaranarsa..."
Ermənistan İranla dostluq münasibətlərini saxlamaq niyyətindədir, lakin ölkənin özünə qarşı sanksiyaların tətbiq edilməsinə gətirib çıxara biləcək addımları atmağa hazır deyil.
Hurriyyet.media xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan ABŞ-nin Tehrana qarşı yeni məhdudiyyətlərini şərh edərkən bəyan edib.
Paşinyan Vaşinqtonun qərarlarının İrəvana təsiri barədə danışarkən bildirib:
“Biz sanksiyalar paketini öyrənirik. Bütün tərəfdaşlarımızla tam şəffaflıq nümayiş etdiririk. Xüsusilə bizə dost olan ölkələrlə münasibətlərin olduğu kimi qalması üçün maksimum səy göstərəcəyik. Lakin keçə bilməyəcəyimiz bir xətt var - bu, Ermənistanın özünün sanksiyalar altına düşmə riskidir”.
Onun sözlərinə görə, əgər İrəvana qarşı məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı real təhlükə yaranarsa, Ermənistan hakimiyyəti müvafiq qərar qəbul etmək məcburiyyətində qalacaq.
Xatırladaq ki, ABŞ-nin İranın aviasiya sektoruna qarşı yeni sanksiyaları sentyabrın 23-də qüvvəyə minib. Vaşinqton xəbərdarlıq edib ki, İran aviaşirkətlərinə xidmət göstərən hava limanları və şirkətlər məhdudiyyətlərlə və ABŞ dolları sistemindən ayrılmaq riski ilə üzləşə bilərlər.