📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyanı gürcü prezidentdən gizlədiblər - ŞOK

2024-01-27 17:06:12

Paşinyanı gürcü prezidentdən gizlədiblər - ŞOK

Gürcüstan prezidenti Ermənistan Respublikasının baş nazirinin (Nikol Paşinyan – red.) ölkəyə səfərini alqışlayır, lakin təəssüf ki, Gürcüstana səfəri zamanı prezidentə onunla görüşmək imkanı verilməyib.

Hurriyyet.az bildirir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Facebook səhifəsində yazıb.

“Aidiyyatı qurumların ölkədə baş verən yüksək səviyyəli səfərlər, görüşlər və ya tədbirlər barədə prezidentə məlumat verməməsi təəssüf doğurur və diqqətəlayiq haldır”, o əlavə edib.

Yada salaq ki, Paşinyan Gürcüstana səfəri zamanı gürcü həmkarı Qaribaşvili ilə danışıqlar aparıb.

Musavat.com