📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyanı Putinlə "çətin danışıqlar" gözləyir

2023-09-20 13:20:31

Paşinyanı Putinlə

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml prezident Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığının vaxtı ilə bağlı razılığa gəlməyi gözləyir. Peskov açıqlayıb ki, yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutacaq və vaxtın indi razılaşdırılacağı gözlənilir.

"Səylər davam edir. Biz prezident Putinlə baş nazir Paşinyan arasında telefon danışığının vaxtı ilə bağlı razılaşmanı gözləyirik. Bu söhbət baş tutan kimi sizə məlumat verəcəyik", deyə Peskov bildirib.

Prezident İlham Əliyevlə oxşar söhbətin olub-olmayacağı ilə bağlı suala isə Peskov belə cavab verib: "Hələ yox, iş səviyyəsində əlaqələr davam edir. Lazım gələrsə, təbii ki, belə bir söhbət də ola bilər".

Ülviyyə, Hurriyyet.az