📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Paşinyanı qovmaq lazımdır” - Ermənilər HƏRƏKƏTƏ KEÇDİLƏR

2023-10-06 14:17:40

“Paşinyanı qovmaq lazımdır” - Ermənilər HƏRƏKƏTƏ KEÇDİLƏR

“Paşinyan iqtidarı və erməni xalqının birgə yaşaması qeyri-mümkündür. Ölkədə qaçılmaz impiçment mühiti yaradılmalıdır”.

Hurriyyet.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü Vahe Ovannisyan öz məqaləsində yazıb.

Ovannisyan bu məqsədlə Ermənistanda xüsusi təşkilatın qurulacağını da söyləyib.

“Burada əsas məqsəd Paşinyanın impiçmenti üçün zəmin hazırlamaqdır. Onu qovmaq lazımdır. Bunun üçün bütün ölkə ərazisində lazımi infrastruktur yaratmaq zəruridir. Bu işə çoxlu sayda insan və mütəxəssislər cəlb olunmalıdır”, - deyə Vahe Ovannisyan qeyd edib.

Musavat.com