"Paşinyanın Azərbaycanla bağlı son açıqlamalarını təsadüf hesab etmək olmaz" - SAMİR HÜMBƏTOV
"Görünür, o, hələki uduzmuş görünən Rusiyanın deyil, hər vəziyyətdə qalib olmağı bacaran Qərbin fikirlərinə qulaq asmağı üstün tutur"
"Rusiyanın başının Ukraynada işğala qarşıdığı və dünyanın da başının Rusiyaya sanksiyalar tətbiq etməyə qarşıdığı bir vaxtda Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla bağlı açıqlamalar verməsini heç də təsadüf hesab etmək olmaz". Hurriyyet.az xəbər verir ki, bunu "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları" Mərkəzinin sədri, politoloq Samir Hümbətov qeyd edib.
Politoloqun fikrincə, Paşinyanın müxalif "Mənim Şərəfim" və "Hasytan" fraksiyalarının nümayəndələrinə "Sanasar deyil, Qubadlı" deməsi, həmçinin "Azərbaycanla sülh müqaviləsi bağlamalıyıq və kommunikasiyalar açılmalıdır" deməsi Rusiya-Ukrayna müharibəsi bitmədən, onun yeni reallığı anlamasından xəbər verir: "Görünür, Paşinyan hələki uduzmuş görünən Rusiyanın deyil, hər vəziyyətdə qalib olmağı bacaran Qərbin fikirlərinə qulaq asmağı üstün tutur. Qərb və yeni dünya reallıqları isə Ermənistanı Azərbaycanla münasibətləri normallaşdırmağa məcbur edir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az