📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyanın dörd şərti - "Siyasiləşdirmək olmaz"

2024-06-05 13:39:26

Paşinyanın dörd şərti -

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan onunla birlikdə velosipedlə yürüşə çıxmağı təklif edib. Lakin bunun üçün 4 şərt irəli sürüb.
"Aysor" nəşrində dərc edilən xəbərə görə, "Paşinyan öz "Feysbuk" səhifəsində belə yazıb: "Tez-tez deyə bilmərəm, amma vaxtaşırı belə işlər görürəm. Mənə qoşulmaq istəyənlər olsa, sevinclə təşkilatçılıq edərəm. Amma mənə qoşulmaq üçün dörd şərt car: "birincisi, velosipedi olmaq (məlum məsələdir), ikincisi, marşrutu mən müəyyənləşdirirəm (həyat məcbur edir), üçüncüsü, siyasiləşdirməmək (səbəbi bəllidir), dördüncüsü, saat 7-də qayıtmaq lazımdır, çünki, iş günü başlayır".
Nikol Paşinyan onun təşəbbüsünə qoşulmaq istəyənlər üçün elektron poçt ünvanını paylaşıb, onlara poçt ilə öz telefon nömrələrini və velosipedlə fotoşəkillərini göndərməyi tapşırıb.
Hürr Tərcüman