📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyanın əleyhdarları Fransa meydanında aksiya keçirirlər

2022-06-14 20:47:00

Paşinyanın əleyhdarları Fransa meydanında aksiya keçirirlər

Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın əleyhdarları İrəvanın mərkəzindəki Fransa meydanında hökumət başçısının istefasını tələb edən aksiya keçirməyə başlayıblar.

Rusiya mətbuatının yazdığına görə, bu aksiya son günlərdə ən çoxsaylı nümayiş hesab edilə bilər – onun təxminən min beş yüz nəfərə yaxın iştirakçısı var.

Aksiya “Müqavimət” hərəkatının tərəfdarları tərəfindən təşkil edilib.

 

Hürr Tərcüman