📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyanın Fransa ilə ABŞ-a ümidi boş çıxdı-Yenə Rusiyanın ümidinə qaldı

2022-12-30 12:27:00

Paşinyanın Fransa ilə ABŞ-a ümidi boş çıxdı-Yenə Rusiyanın ümidinə qaldı

Ermənistanın baş naziri Nikol Paşinyan Cermukda səfirlərlə görüşündə etiraf edib ki, Fransa prezidenti Emmanuel Makron ona KTMT-dən çıxmamağı tövsiyə edib, çünki Fransa respublikanın təhlükəsizliyinin təminatçısı kimi çıxış edə bilməz.
Bundan əlavə, Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts əlavə edib ki, eyni məsləhəti ABŞ dövlət katibi Entoni Blinken də verib.
Paşinyan bundan əvvəl KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının bəyannamə layihəsini və Ermənistana yardım göstərilməsi ilə bağlı tədbirlər haqqında layihəni imzalamaqdan imtina edib. Noyabrın 23-də KTMT-nin iclasında o bəyan edib ki, İrəvan KTMT tərəfdən Azərbaycan təcavüz faktını tanımasını gözləyir. “Ermənistanla Azərbaycan arasında sərhəd olmadığını deyərək belə qiymətləndirmədən çəkinmək KTMT-nin məsuliyyət zonasının olmadığını, əgər məsuliyyət zonası yoxdursa, deməli, təşkilatın özünün də olmadığını iddia etmək deməkdir”.

Ülviyyə, Hurriyyet.az