"Paşinyanın impulsiv çıxışlarına sakit yanaşırıq"
2024-06-13 14:32:21
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı ultimatumuna ilk cavab səsləndirilib.
Belarusun Rusiyadakı səfirliyinin müşaviri Aleksandr Şpakovski Minskin Baş nazir Paşinyanın impulsiv çıxışlarını sakit qiymətləndirdiyini bəyan edib. Diplomat öz "Teleqram" kanalında yazıb: "Biz qardaş erməni xalqına əvvəlki kimi hörmətlə yanaşırıq. Belarusla erməni xalqını çoxəsrlik tarixi əlaqələr bir-birinə bağlayır".
Hürr Tərcüman