📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyanın məlumatları ələ keçdi – 48 saat vaxt qoyuldu

2024-09-18 15:30:48

Paşinyanın məlumatları ələ keçdi – 48 saat vaxt qoyuldu

Rusiyalı hakerlər Ermənistan Baş nazirinin dəftərxanasının məlumat bazasını ələ keçiriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

“Məlumat bazası bizim ixtiyarımızdadır” deyən hakerlər hökumətin yaxın 48 saat ərzində 2,5 milyon dollar köçürməyəcəyi təqdirdə məlumatların məhv ediləcəyini bildirib.

Hələ ki Ermənistan hökuməti məsələ ilə bağlı suallara cavab verməyib.