Paşinyanın məsləkdaşı: “Türkiyə Ermənistan üçün təhdid deyil, Rusiyanın ölkədəki varlığı Türkiyəyə qarşı təhdiddir”
Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputatı Qurgen Arsenyan Türkiyənin heç vaxt Ermənistanı təhdid etmədiyini söyləyib.
Erməni mətbuatının yazdığına görə, Arsenyan deyib: “Rusiyanın Türkiyə ilə sərhəddə hərbi varlığı – Türkiyəyə qarşı yönəlmiş təhdiddir. Digər ölkədə üçüncü tərəfin hərbi varlığının olması Türkiyə tərəfindən gələ biləcək təhdid hesab edilirsə, qeyd eləmək lazımdır ki, Türkiyə heç vaxt Ermənistanı təhdid eləməyib. Bizdə Ermənistanın müstəqillik qazanmasından sonra Türkiyənin nə vaxtsa onu təhdid elədiyini isbat edən fakt yoxdur”. Ona görə də, Rusiya hərbçiləri ölkədən getsələr, Türkiyə Ermənistan üçün “adi qonşu” olacaq.
Erməni siyasətçi hazırda respublika rəhbərliyinin qonşularla münasibətlərini mehriban qonşuluq prinsipləri əsasında nizamlamağa çalışdıqlarını və ölkənin gələcək inkişafı üçün imkanları təmin eləmək olduğunu da qeyd edib. Bu məqsədlərə nail olunacağı halda, Rusiyanın ölkədəki hərbi varlığı Ermənistan üçün mühüm olmaycaq.
Qeyd edək ki, Ermənistanın Türkiyə ilə sərhədlərində rus qoşunları xidmət edirlər.
Hürr Tərcüman