📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyanın namizədliyi TƏSDİQLƏNDİ

2026-04-04 15:35:19

Paşinyanın namizədliyi TƏSDİQLƏNDİ

Nikol Paşinyan Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkilərində hakim Vətəndaş Müqaviləsi Partiyasının siyahısına rəhbərlik edəcək. 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, o, eyni zamanda rəsmi olaraq partiyanın Baş nazirliyə namizədi kimi təsdiqlənib.

Paşinyanın namizədliyi aprelin 4-də partiyanın səkkizinci, növbədənkənar qurultayında səsvermə yolu ilə yekdilliklə təsdiq olunub. Qurultayın gedişi yerli televiziya kanalları vasitəsilə canlı yayımlanıb.

Xatırladaq ki, “Vətəndaş Müqaviləsi” Partiyasında keçirilən iki mərhələli daxili seçkilərin nəticələrinə əsasən, Nikol Paşinyan 933 səs toplayaraq partiya siyahısına başçılıq hüququ da qazanıb.