📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyanın oğlunu oğurlamaqda ittiham olunan qadınla bağlı qərar verildi

2023-05-20 16:44:00

Paşinyanın oğlunu oğurlamaqda ittiham olunan qadınla bağlı qərar verildi

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlunu qaçırmaqda ittiham olunan Qayane Akopyan bir ay müddətinə həbs edilib.

Hurriyyet.az xəbər verir ki, hakim həbs qətimkan tədbiri seçilməməyi xahiş edən bir qrup müxalifətçi deputatın zəmanətini nəzərə almayıb.

Nəticədə Paşinyanın oğlunun oğurlanmasını təşkil etməkdə ittiham olunan 44 günlük müharibədə həlak olan əsgərin anası Qayane Akopyan (Martirosyan) bir ay müddətinə həbs edilib.

qafqazinfo.az